“Abituriyent” jurnalının üçüncü nömrəsi nəşr olunub

“Abituriyent” jurnalının üçüncü nömrəsi nəşr olunub
  22 İyun 2019    Oxunub:2116
“Abituriyent” jurnalının üçüncü nömrəsi nəşr edilib.
Dövlət İmtahan Mərkəzindən (DİM) Azvision.az -a bildirilib ki, bu nömrədə 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, qəbul aparılan ixtisaslar, onların plan yerləri, elektron ərizə verən abituriyent üçün təlimat, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin nümunəsi və digər zəruri materiallar Azərbaycan və rus dillərində təqdim olunub.

Jurnalı DİM-in Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M və Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 ünvanlarında yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Azvision.az



Teqlər: DİM  





Xəbər lenti