Yanğına görə yol bağlandı, avtobusların istiqaməti dəyişdi

 Yanğına görə yol bağlandı,  avtobusların istiqaməti dəyişdi
  23 İyun 2019    Oxunub:2801
Qara Qarayev prospektindəki (metronun “Neftçilər” stansiyası yaxınlığı) ticarət mərkəzində baş verən yanğınla əlaqədar qeyd edilən yolun bir hissəsində hərəkət məhdudlaşdırılıb.
Azvision.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb. Bildirilib ki, Dakar dairəsindən 8-ci kilometr bazarı istiqamətində yol bağlanıb.

15; 22; 30; 32; 35; 36; 40; 44; 49; 50; 51; 57; 60; 62; 64; 81; 103; 105; 141; 214 saylı marşrutlar üzrə avtobusların istiqamətləri Neftçilər metrosuna doğru gedərkən Q.Qarayev pr.-Naxçıvanski küç.-B.Çobanzadə küç.-R.Rüstəmov küç. ilə Dakar meydanına və əks istiqamətdə (bəzi marşrutlar) yönəldilib.

Azvision.az



Teqlər: BNA   Yol   Yanğın  





Xəbər lenti