İran ABŞ-ı beynəlxalq məhkəməyə verəcək

  23 İyun 2019    Oxunub : 952
 İran ABŞ-ı beynəlxalq məhkəməyə verəcək
ABŞ-ın pilotsuz təyyarəsinin İranın hava məkanına qanunsuz daxil olması beynəlxalq qanunların pozulmasıdır.
Bunu İranın vitse-prezidenti Leya Cənidi deyib. O bildirib ki, insidentlə əlaqədar İran beynəlxalq məhkəməyə müraciət edəcək. Hələlik faktlar və sübutlar toplanır. Sonra İran bu faktları beynəlxalq məhkəməyə təqdim edərək hava sərhədinin ABŞ tərəfindən pozulmasına hüquqi qiymətin verilməsini tələb edəcək.

AzərTAc xatırladır ki, iyunun 13-də ABŞ-ın pilotsuz təyyarəsi İranın hava məkanına qanunsuz daxil olub. İranın Hərbi Hava Qüvvələri isə təyyarəni vurub.

Qeyd edək ki, pilotsuz təyyarə ABŞ-ın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) bazasından havaya qalxaraq İran ərazisinə daxil olub. Bununla əlaqədar BƏƏ-nin Tehrandakı müvəqqəti işlər vəkili İranın Xarici İşlər Nazirliyinə dəvət edilib və ona etiraz notası təqdim olunub.

Azvision.az

Teqlər: İran   ABŞ