İmamoğlu təkrar seçkidə də qalib gəldi - Yenilənib

  23 İyun 2019    Oxunub : 3150
İmamoğlu təkrar seçkidə də qalib gəldi - Yenilənib
Bu gün İstanbulda keçirilən təkrar bələdiyyə seçkilərinin nəticələri açıqlanıb.
Azvision.az xəbər verir ki, indiyədək bülletenlərin 99 faizi hesablanıb. Nəticələrə əsasən Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu 54 faiz səslə liderdir. Onun əsas rəqibi, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım isə 45,11 faiz səs toplayıb. Hazırda səslərin sayılması davam edir.

Qeyd edək ki, Türkiyədə martın 31-də keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinə əsasən Əkrəm İmamoğlu qalib elan edilmişdi. Lakin AKP-nin şikayəti əsasında səslər yenidən hesablandı. Daha sonra Türkiyə Ali Seçki Komissiyası İstanbul üzrə bələdiyyə seçkilərinin nəticələrini ləğv etdi və təkrar seçkilər təyin edildi.

Azvision.az

Teqlər: İstanbul   Seçki   CHP