Gürcüstan parlamenti Vilnüs Sammiti ilə bağlı bəyanat yaydı

Gürcüstan parlamenti Vilnüs Sammiti ilə bağlı bəyanat yaydı
  28 Noyabr 2013    Oxunub:1173
Gürcüstan 2014-cü ildə Avropa Birliyi ilə assosiativ müqavilə imzalamaq üçün lazımi addımları atmağa hazırdır.
AzVision.az gürcü mətbuatına istinadən xəbər verir ki, Gürcüstan parlamenti Avropa Birliyi ilə assosiativ üzvlük haqqında sazişin imzalanması istiqamətində ölkə prezidenti və hökumətin bütün addımlarını dəstəkləməyə hazır olduğunu nümayiş etdirib.

Bundan əlavə, Gürcüstan Parlamenti Avropa İttifaqını “Şərq Tərəfdaşlığı”na üzv ölkələrinə daha demokratik olmaları və qarşılıqlı əlaqələri intensiv şəkildə genişləndirmələri üçün dəstəyini daha da gücləndirməyə çağırıb. Qeyd etmək lazımdır ki, müxalifətdə olan “Milli Hərəkat” partiyası Rusiyanın qonşu dövlətlərə avrointeqrasiya prosesində təzyiq göstərməsini pisləyən bəndin daxil edilməsini təklif etsə də, çoxluq bunu rədd edib. Bütün səylərə baxmayaraq parlament fraksiyaları məsələ ilə bağlı bir mövqeyə gələrək vahid sənəd hazırlaya bilməyiblər.

Qeyd edək ki, Gürcüstanın bugünkü Vilnüs Sammitində AB ilə Assosativ Müqavilə imzalaması gözlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti