Səfir İmamoğlunun qələbəsinə münasibət bildirdi

  Səfir İmamoğlunun qələbəsinə münasibət bildirdi
  24 İyun 2019    Oxunub:2764
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ötən gün İstanbul Böyükşəhər Bələdiyyəsinə keçirilən seçkilərin nəticələrinə münasibət bildirib.

Azvision.az xəbər verir ki, səfir İstanbulda baş tutan seçkilərin xalqın böyük diqqətinə səbəb olduğunu deyib:
"Bu seçkilərdə seçici fəallığı çox yüksək idi. Yəni 84% faiz seçici fəallığı qeydə alındı və İstanbulun yeni bələdiyyə sədri seçildi. Xeyirli və uğurlu olsun".

Qeyd edək ki, İstanbulda keçirilən təkrar seçkidə CHP-nin namizədi Əkrəm İmamoğlu qələbə qazanıb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Türkiyə   Səfir   Diplomat   Seçki   İmamoğlu  





Xəbər lenti