Küçədə televizora baxan Murad - VİDEOREPORTAJ

  24 İyun 2019    Oxunub : 12754
 Küçədə televizora baxan Murad - VİDEOREPORTAJ
Azyaşlı Muradın küçədə oturaraq mağazanın televizoruna həsədlə baxması sosial şəbəkələrdə geniş rezonans doğurdu. Məsələ qısa zamanda ictimailəşdi. Bu gün xəbər tutduq ki, mağazanın sahibi həmin televizoru Murada hədiyyə edib.
Azvision.az -ın əməkdaşı bir anda məşhurlaşan Muradın həyatı ilə yaxından tanış olmaq üçün onun nənəsi Gülgəz Olemidze ilə həmsöhbət olub.

Müsahibimiz Bakıya Yevlaxdan gəldiklərini bildirib. Əslən kürd olduğunu deyən qadın ailəsi ilə birlikdə paytaxtda kirayədə yaşayır.



Gülgəz xanımın 3 uşağı var. İkisi oğlan, biri qızdır. 25 yaşlı oğlu Rövşən fiziki qüsurludur. Digər övladlarından biri, Muradın anasının gözləri zəif gördüyündən, o, işləmək qabiliyyətində deyil.



Böyük oğlu yenicə özünə iş tapıb. Müsahibimizin dediyinə görə, ailəni əlil oğlu Rövşən insanların ona verdiyi pulla dolandırır. Muradın atası isə iki ildir ki, ailəsini tərk edərək Rusiyaya gedib.



Gülgəz xanımın sözlərinə görə, bəzi problemlər səbəbindən nəvələrini məktəbə göndərə bilməyiblər. Ailənin hazırda ən böyük çətinliyi evsizlikdir.

Şahanə Rəhimli
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

Azvision.az

Teqlər: Murad   Televizor   Ailə