İrandan müharibə mesajı: “Artıq diplomatiya yolu bağlandı”

  25 İyun 2019    Oxunub : 1563
 İrandan müharibə mesajı: “Artıq diplomatiya yolu bağlandı”
İran ABŞ prezidenti Donald Trampın Ayətullah Əli Xamaneyi və bu ölkənin digər yüksək vəzifəli məmurlarına qarşı sanksiya tətbiq etməsinə sərt reaksiya verib.
Azvision.az -ın məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Mousavit bəyan edib ki, Trampın qərarı münasibətlərin bərpası üçün diplomatiya yolunu tamamilə bağlayır.

O bildirib ki, Ayətullah Əli Xamaneyi və xarici işlər naziri Məhəmməd Cavad Zərifə mənasız sanksiyalar tətbiq etmək diplomatiya yolunun tamamilə bağlanması anlamına gəlir.

A.Mousavit vurğulayıb ki, Tramp administrasiyası beynəlxalq sülhü və təhlükəsizliyi təmin etmək üçün qurulan bütün beynəlxalq mexanizmləri yox edib.

Kənan Məmmədov
Azvision.az

Teqlər: ABŞ   İran   Sanksiya