Kemeron Şotlandiyanın müstəqilliyinə qarşı çıxdı
“Bizə deyirdilər ki, bu sənəd bütün suallarımıza cavab verəcək. Lakin orada şotland valyutası, Şotlandiyanın Avropa Birliyi və NATO-ya üzvlüyü problemlərinə toxunulmayıb. Bizim hələ də çoxlu suallarımız qalıb”- deyə Britaniya Parlamentində çıxış edən Devid Kemeron bildirib.
Xatırladaq ki, Şotlandiya höküməti müstəqilliklə bağlı 2014-cü il sentyabrın 18-də umumxalq referendumu keçirəcəyini elan edib. Əgər şotlandlar müstəqillik planlarını dəstəkləsə, ölkə 2016-cı il martın 24-də müstəqilliyin elan edəcək.
AzVision.az
Teqlər: