Sabiq qalatasaraylı "Bavariya"da

  26 İyun 2019    Oxunub : 853
Sabiq qalatasaraylı "Bavariya"da
Türkiyə millisinin müdafiəçisi Ozan Kabak kariyerasını "Bavariya"da davam etdirə bilər.
Azvision.az xəbər verir ki, mövsümün ikinci hissəsini "Ştutqart"da keçirən futbolçunun keçidi ilə bağlı tərəflər arasında razılıq əldə olunub.

Ozan Kabakla yaxın günlərdə rəsmi müqavilənin imzalanacağı bildirilsə də, anlaşmanın detalları barədə məlumat verilmir.

Qeyd edək ki, O. Kabak qış transfer dövründə "Qalatasaray"dan "Ştutqart"a keçmişdi.

Azvision.az

Teqlər: Ozan-Kabak   Futbol