Merkelin halı pisləşdi, əsməyə başladı - VİDEO

  27 İyun 2019    Oxunub : 1277
Merkelin halı pisləşdi, əsməyə başladı - VİDEO
Almaniya kansleri Angela Merkelin yenidən halı pisləşib.
Azvision.az xəbər verir ki, hadisə prezident Frank-Valter Ştaynmayerin qəbulu zamanı baş verib. Merkel bir anda əsməyə başlayıb. Həmin görüntülər kameralardan yayınmayıb. Bir müddətdən sonra Merkelin əsməsi dayanıb.

Qeyd edək ki, buna bənzər hadisə iyunun 18-də də baş vermişdi. Belə ki, həmin vaxt Merkel Ukrayna prezidenti Vladimir Zelenski ilə görüş zamanı dövlət himni səslədirilərkən özünü pis hiss edib. Bundan sonra tərəflər danışıqlara yollanmış və təxminən 1 saat 30 dəqiqədən sonra mətbuat qarşısına çıxmışdılar.



Kənan Məmmədov
Azvision.az

Teqlər: Merkel   Almaniya   Kansler   Titrəmə