İngilis deputatlar parlamentdə kokaindən istifadə edirlər

  27 İyun 2019    Oxunub : 849
İngilis deputatlar parlamentdə kokaindən istifadə edirlər
Böyük Britaniya parlamentinin tualetində kokain izləri aşkar edilib.
Azvision.az xəbər verir ki, VICE jurnalının Britaniya filialının jurnalistləri narkotik testindən istifadə edərək araşdırma aparıblar.

Kokainə toxunduqda rəngini dəyişən xüsusi kağız dəsmalın köməyi ilə 9 tualetdən 4-də, o cümlədən, deputatların ofislərinin qarşısında yerləşən tualetdə kokain izlərinə rast gəlinib.

Ən çox narkotik maddə parlamentin ayaqüstü restoranına əks istiqamətdə yerləşmiş, yüksək vəzifəli məmurların, parlament jurnalistlərinin, qanunvericilərin və parlamentin qonaqlarının istifadə etdiyi tualetdə qeyd edilib.

Jurnalistlər bu testi bir neçə ingilis siyasətçinin qadağan edilmiş psixoaktiv maddələr istifadə etməsi ilə bağlı etirafından sonra həyata keçiriblər.

Baş nazir postuna namizəd olan Boris Conson bildirib ki, 19 yaşı olanda kokaindən istifadə edib. Britaniya hökumətinin başçısı postuna namizəd olan Maykl da gənclikdə buna bənzər səhvə yol verdiyini etiraf edib.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Parlament   Narkotik   Deputat