BB, Almaniya və Fransa miqrasiya siyasətini sərtləşdirir

BB, Almaniya və Fransa miqrasiya siyasətini sərtləşdirir
  29 Noyabr 2013    Oxunub:1372
Böyük Britaniyanın miqrasiya ilə bağlı təklifinə Almaniya ilə Fransa da qoşuldu
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Almaniya və Fransa hökumətləri Böyük Britaniyanın 2014-cü il yanvarın 1-dən Avropa İttifaqının kasıb ölkələrindən gələcək emiqrantların ölkənin sosial təminat sisteminə qoşulmasına qarşı məhdudiyyətlərin saxlanması təklifi ilə razılaşdı. Angela Merkelin hökuməti bildirmişdir ki, ədalətsiz sosial müavinətlər tələblərinə qarşı iş aparılacaqdır. Fransa hökuməti isə öz növbəsində müvəqqəti xarici işçilərin nəzarətini gücləndirmək tələbi ilə çıxış edib. Böyük Britaniyanın Baş naziri Devid Kemeron Vilnüs sammiti zamanı miqrasiyaya uzunmüddətli perspektivdə məhdudiyyətlərin qoyulması barədə məruzə təqdim edəcək. Baş nazirin təklifi Şərqi Avropa ölkələrində tənqidi qarşılanıb.


Teqlər:





Xəbər lenti