“F-35”lərin Türkiyəyə satışı rəsmən qadağan edilir

 “F-35”lərin Türkiyəyə satışı rəsmən qadağan edilir
  28 İyun 2019    Oxunub:2188
ABŞ- ın 2020-ci il üzrə hərbi büdcəsi Türkiyəyə "F-35" qırıcıların təhvil verməsini qadağan edir.
Azvision.az xəbər verir ki, bu barədə sənəd ABŞ senatının saytında dərc olunub. 86 senator sənədin lehinə, 8 senator isə əleyhinə səs verib.

Qanun layihəsi Nümayəndələr Palatasının üzvləri tərəfindən təsdiqləndikdən sonra ABŞ prezidenti Donald Tramp tərəfindən imzalanacaq.

Sənəddə, həmçinin bildirilir ki, Müdafiə Nazirliyi (Pentaqon) və dövlət katibi Türkiyənin Rusiyadan "S-400" zenit-raket kompleksi almayacağına dair sübut təqdim edərsə sənəddə istisna edilə bilər.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: ABŞ   Türkiyə  





Xəbər lenti