Ermənistanda hərbçi ürəyindən bıçaqlanıb

 Ermənistanda hərbçi ürəyindən bıçaqlanıb
  28 İyun 2019    Oxunub:1548
Ermənistan ordusunun hərbi qulluqçusu bıçaqlanıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə Aramvir rayonunun Şaumyan kəndində baş verib.

Həmkəndlisi ilə mübahisə edən 24 yaşlı hərbçi iyunun 26-dan 27-nə keçən gecə ürək nahiyyəsindən bıçaqlanıb. O, dərhal xəstəxanaya yerləşdirilib. Ağır yaralanmasına baxmayaraq, həkimlər onun həyatını xilas ediblər.

Hüquq-mühafizə orqanları cinayətlə bağlı araşdırma aparır.

Şahanə Rəhimli
Azvision.az




Teqlər: Ermənistan   Bıçaqlanma  





Xəbər lenti