Tereza Mey Putinə iradlarını bildirib

Tereza Mey Putinə iradlarını bildirib
  28 İyun 2019    Oxunub:1618
“Rusiyanın Ukraynaya qarşı fəaliyəti böyük narahatlıq doğurur. İstənilən tərəqqinin əsas şərti gərginliyin aradan qaldırılması və gəmiləri Qara dənizdə zorla saxlanılan 24 Ukrayna dənizçisinin azadlığa buraxılmasından ibarətdir”.
Azvision.az xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Tereza Mey Rusiya prezidenti Vladimir Putinlə Osaka sammiti çərçivəsində keçirilən görüşü zamanı deyib.

Mey Putini həbs edilmiş 24 Ukrayna dənizçisini sərbəst buraxmağa və Ukraynada gərginliyi azaltmağa çağırıb.

Şahanə Rəhimli
Azvision.az




Teqlər: Tereza-Mey   Putin  





Xəbər lenti