Bakıda əl qumbarası aşkar edilib

Bakıda əl qumbarası aşkar edilib
  29 İyun 2019    Oxunub:1739
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda sursat aşkar olunması barədə məlumat daxil olub.
Azvision.az xəbər verir ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri və kinoloji qrupu, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri qeyd olunan əraziyə cəlb olunub.

XRXX-nin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirib. Aşkar olunan sursata baxış zamanı müəyyən olub ki, bu, döyüş tətbiqinə yararsız, lakin insan həyatı üçün təhlükəli olan 1 ədəd əl qumbarasıdır. Sursat ANAMA-nın mütəxəssisləri tərəfindən götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Sursatın tapıldığı əraziyə yeraltı və yerüstü baxış zamanı heç bir şübhəli əşya aşkar olunmayıb.

Azvision.az



Teqlər: FHN   ANAMA   Qumbara  





Xəbər lenti