15 nəfər çökən divarın altında qalaraq öldü

  29 İyun 2019    Oxunub : 706
15 nəfər çökən divarın altında qalaraq öldü
Hindistanın Puna şəhərində inşası davam edən binanın divarının çökməsi nəticəsində ən azı 15 nəfər ölüb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, 23 metr hündürlükdə olan divar fəhlələrin ailələri ilə birlikdə qaldıqları evlərin üstünə çöküb. Dağıntılar altından 15 nəfərin cəsədi çıxarılıb.

Divarın çökmə səbəbi Musso yağışları göstərilir. Belə ki, güclü yağışlar divarın özülünü zəiflədib və nəticədə faciə baş verib. Ölü sayının çoxalma ehtimalı var.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Hindistan