İranda zəlzələ FOTOLARDA

İranda zəlzələ FOTOLARDA
  29 Noyabr 2013    Oxunub:1246
Xəsarət alanların sayı artıb.
İranın Buşəhr vilayətində zəlzələ nəticəsində dağıntı və tələfat var. AzVision.az yerli mətbuata istinadən xəbər verir ki, zəlzələ nəticəsində 8 nəfər ölüb, 60 nəfər yaralanıb. Onların arasında qadın və uşaqlar da var. Borozcan, Abpəxş, Səədabad və bir neçə kənd təbii fəlakətdən ziyan çəkib, bəzi evlərin divarları uçub, bəzilərinin divarlarında çatlar əmələ gəlib. Eyni zamanda Dəştestan və Borazcan şəhərlərində elektrik enerjisi kəsilib, kommunikasiya xətləri, rabitə və digər infrastruktura ziyan dəyib. Hazırda Buşəhr şəhərində fövqəladə vəziyyətin idarə edilməsi üçün böhran mərkəzi yaradılıb.

Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Buşəhr vilayətinin Borozcan şəhərinə təsadüf edib. 5.7 bal gücündə olan zəlzələ noyabrın 28-də Bakı vaxtı ilə saat 17:51-də (Tehran vaxtı ilə 17:21-də) yerin 5 km dərinliyində meydana gəlib. Təbii fəlakət Borozcandan 15 km, Tang eramdan 22 km və Vəhdətiyədən 25 km uzaqlıqda baş verib.

Qalereya




Teqlər:





Xəbər lenti