10 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb

10 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb
  29 İyun 2019    Oxunub:1430
Bərdə və Yevlax rayonlarında 10 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Havarlı kənd sakini Məhəmməd Abbasovdan 8 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində isə rayon sakini, əvvəllər məhkum edilmiş Etibar Nəzərovun üzərindən 5 qram, evinə baxış keçirilən zaman 3 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Azvision.az



Teqlər: DİN   Narkotik  





Xəbər lenti