111 nəfər işlə təmin olunub

111 nəfər işlə təmin olunub
  29 Noyabr 2013    Oxunub:1119
Cari ildə Qazaxda 111 nəfər işlə təmin olunub.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Qazaxda əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Rayon məşğulluq mərkəzindən bildiriblər ki, cari ilin yanvar-oktyabr aylarında mərkəzə 268 nəfər işaxtaran vətəndaş müraciət edib. Onların 97 nəfəri idarə, müəssisə və təşkilatlarda işlə təmin olunub.

Bundan başqa, 14 nəfər haqqı ödənilən ictimai işə cəlb olunub, 36 nəfərə işsiz statusu verilib, 38 nəfərə müavinət ödənilib, 10 nəfər isə peşə yönümlü kursa cəlb olunub.


Teqlər:





Xəbər lenti