Rafael Ağayev çempion ola bilmədi

  30 İyun 2019    Oxunub : 608
Rafael Ağayev çempion ola bilmədi
Azərbaycanın dünya şöhrətli karateçisi Rafael Ağayev Minskdə keçirilən ikinci Avropa Oyunlarının final görüşünə çıxıb.
Azvision.az xəbər verir ki, idmançımız həlledici qarşılaşmada Ukrayna təmsilçisi Stanislav Horuna ilə üz-üzə gəlib. Rəqibinə 4:0 hesabı ilə məğlub olan Ağayev yarışı gümüş medalla başa vurub.

Azvision.az

Teqlər: Rafael-Ağayev