Bakıda 15 ağac aşıb, iki maşına ziyan dəyib

  01 İyul 2019    Oxunub : 1591
 Bakıda 15 ağac aşıb, iki maşına ziyan dəyib
Son 2 gün ərzində Bakıda müşahidə edilən güclü külək nəticəsində 15 ağacın kökündən çıxaraq aşması və ya budaqların sınması ilə bağlı müraciət daxil olub.

Bunu Azvision.az -a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib.
Onun sözlərinə görə, həmin ağaclar mütəxəssislər tərəfindən ərazidən götürülüb: “Ağacların aşması halları Yasamal, Nəsimi, Xətai, Nərimanov rayonlarında daha çox müşahidə olunub. Aşan ağaclar dünən 2 maşına ziyan vurub”.

Qeyd edək ki, ölkədə müşahidə olunan qeyri-sabit hava şəraiti bu gün də davam edəcək.

Aytən Zəhra
Azvision.az

Teqlər: BŞİH   Ağac