Bu gündən qabiliyyət imtahanları başlayır

  01 İyul 2019    Oxunub : 760
Bu gündən qabiliyyət imtahanları başlayır
Dövlət İmtahan Mərkəzi (DİM) V qrup (bədən tərbiyəsi istiqamətinin 60, 61, 62-ci komissiyaları və təsviri sənət istiqamətinin 14-cü komissiyası (dizayn ixtisası) üzrə qabiliyyət imtahanlarına başlayır.
DİM-dən Azvision.az -a verilən məlumata görə, qabiliyyət imtahanları 1 - 14 iyul tarixlərində keçiriləcək.

İmtahandan iştirak edəcək abituriyentlər linkinə daxil olub buraxılış vərəqəsini çap edə bilərlər.

V qrupa daxil olan digər komissiyalar üzrə qeydiyyat isə 3 iyul tarixinədək aparılacaq. Qeydiyyatdan keçməyən abituriyentlər qabiliyyət imtahanında iştirak edə bilməyəcəklər.

Azvision.az

Teqlər: DİM   İmtahan