Bakı metrosu yay qrafikinə keçdi

 Bakı metrosu yay qrafikinə keçdi
  01 İyul 2019    Oxunub:2224
Bu gündən etibarən Bakı metrosunda qatarların hərəkəti yay qrafikinə keçirilib.
Azvision.az xəbər verir ki, mövsümi qrafikə uyğun olaraq, qatarlararası intervallar cüzi artırılır. Başqa sözlə, sərnişinlərin əsas axın saatlarında “Həzi Aslanov” stansiyasından “28 May” stansiyasına qədər və əks istiqamətdə hərəkət edən qatarlar arasındakı interval, qış dövründə olduğu kimi, 2 dəqiqə deyil, 2,5 dəqiqə təşkil edəcək.

Qeyd edək ki, metropolitendə gur hərəkət səhər saat 7:30-dan 9:30-a, axşam isə 17:30-dan 19:30-a qədər davam edir. Sərnişinlərin az olduğu səhər erkən və axşam saatlarında bu sahədə 3 dəqiqə və daha çox intervala hesablanmış hərəkət tərtib edilir. Xətlərin “28 May” stansiyasında bir-biri ilə birləşməsini nəzərə alaraq, bu stansiyadan “İçərişəhər” və “Dərnəgül” stansiyalarına doğru qatarlar arasında interval müvafiq olaraq, iki dəfə artıq - gur saatlarda 5, başqa vaxtlarda 6 dəqiqə və daha çox olacaq.

Yay qrafiki yeni tədris ilinin başlanmasına kimi qüvvədə qalacaq.

Azvision.az


Teqlər: Metro   Yay   Qrafik  





Xəbər lenti