Yeniyetmə güləşçilərimiz Avropa üçüncüsü olub

Yeniyetmə güləşçilərimiz Avropa üçüncüsü olub
  01 İyul 2019    Oxunub:3175
Polşanın Krakov şəhərində keçirilən 15 yaşadək güləşçilər arasında Avropa çempionatına yekun vurulub.
Azvision.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, son gündə yunan-Roma güləşi üzrə medalçılar müəyyənləşib. Fərahim Mustafayev (38 kq) və Təvəkkül Həziyev (48 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Cocu Səmədov (75 kq) gümüş, Rahim Həsənov (38 kq), Pərviz Dadaşov (41 kq) və Fərid Xəlilov (52 kq) isə bürünc medal qazanıb. Beləliklə, komandamız qitə birinciliyini 6 (2 qızıl, 1 gümüş, 3 bürünc) medalla başa vurub.

Bununla da yığmamız komanda hesabında Avropa üçüncüsü olub.







Azvision.az



Teqlər: Güləş   Avropa-Çempionatı  





Xəbər lenti