Avropa İttifaqı Yanukoviçi yola gətirə bilmədi

Avropa İttifaqı Yanukoviçi yola gətirə bilmədi
  29 Noyabr 2013    Oxunub:1034
Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri noyabrın 28-29-da Vilnüsdə keçirilən "Şərq tərəfdaşlığı" sammitinin birinci günündə Ukrayna rəhbərliyini rəsmi Kiyev tərəfindən dondurulmuş assosiasiya haqqında sazişi imzalamağa razı sala bilməyiblər.

Trend-in məlumatına görə, bu barədə "Frans Press" agentliyi Litva Prezidenti Dalya Qribauskayteyə istinadən məlumat verir.

Dövlət başçısı bildirib ki, Aİ-nin arqumentləri Ukrayna Prezidenti Viktor Yanukoviçə çatmadı: "Biz hələ görürük ki, bu mövqe dəyişməyib".

Qeyd edək ki, Ukrayna hökuməti ötən cümə axşamı rəsmi Kiyevlə Avropa İttifaqı arasında assosiasiya haqqında sazişin imzalanmasına hazırlığın dayandırılmasına dair qərar verdikdən sonra paytaxtda etiraz aksiyalarına start verilib.


Teqlər:  





Xəbər lenti