Sabah Günəş tutulacaq

  01 İyul 2019    Oxunub : 610
Sabah Günəş tutulacaq
Bu ilin ikinci Günəş tutulması (tam tutulma) hadisəsi iyulun 2-3-nə təsadüf edəcək.
AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasından Azvision.az -a verilən məlumata görə, bu təbiət hadisəsi iyulun 2-si yerli vaxtla saat 20:55-də başlayacaq və iyulun 3-ü saat 01:50-də başa çatacaq.

Günəş tutulması Cənubi Amerika, Çili, Argentina və Sakit okeanın cənubundan aydın görünəcək. Növbəti tutulma dekabrın 26-na təsadüf edəcək.

Azvision.az

Teqlər: Günəş   AMEA