İstirahət mərkəzlərində qanun pozuntuları aşkarlanıb

  01 İyul 2019    Oxunub : 604
İstirahət mərkəzlərində qanun pozuntuları aşkarlanıb
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.
Azvision.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, növbəti belə tədbir iyunun 27-də paytaxtın Səbail rayonu ərazisində keçirilib. Reyd zamanı “Eldorado”, “Aqua Park” və “1001 gecə” istirahət mərkəzlərində su obyektlərinin mühafizəsi qaydalarının pozulması faktları aşkar olunub.

Qeyd olunan istirahət mərkəzlərinin icarədarları İnzibati Xətalar Məcəlləsinin 264-cü (su obyektlərinin mühafizəsi qaydalarının pozulması) maddəsinin tələblərini pozduqlarına görə barələrində protokollar tərtib edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Azvision.az

Teqlər: DİN   Dəniz