65 bələdiyyə sədrinin işi məhkəməyə göndərilib

   65 bələdiyyə sədrinin işi məhkəməyə göndərilib
  01 İyul 2019    Oxunub:2542
Azərbaycanda qanun pozuntularına yol verən 65 bələdiyyə sədrinin işi məhkəməyə göndərilib.
Azvision.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin əsas fəaliyyət istiqamətləri üzrə cari ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclasında məlumat verilib.

Tədbirdə bələdiyyə institutunun yaradılmasının 20 illiyi ilə əlaqədar cari ildə nazirlik tərəfindən bələdiyyələrə metodiki köməkliyin göstərilməsi, onların fəaliyyətinə inzibati nəzarətin səmərəliliyinin artırılması ilə bağlı görülən işlər qeyd olunub.

Bundan əlavə, 38 minədək bələdiyyə aktının inzibati nəzarət qaydasında yoxlanılaraq onlardan 900-dək aktın nazirliyin təklifləri əsasında ləğv edildiyi və ya dəyişdirildiyi, pozuntulara yol verən 65 bələdiyyə sədri barədə inzibati xəta haqqında protokolların məhkəmələrə, cinayət xarakterli 16 fakt üzrə materialların isə prokurorluğa göndərildiyi diqqətə çatdırılıb.

Azvision.az



Teqlər: Ədliyyə-Nazirliyi   Məhkəmə   Bələdiyyə  





Xəbər lenti