Nazir Sumqayıtda vətəndaşları qəbul edəcək

Nazir Sumqayıtda vətəndaşları qəbul edəcək
  01 İyul 2019    Oxunub:2216
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov iyulun 4-də Sumqayıt şəhərində ədliyyə fəaliyyəti ilə bağlı vətəndaşları qəbul edəcək.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, qəbula vətəndaşlar Sumqayıt regional ədliyyə idarəsi (ünvan: Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12, əlaqə telefonu: (01865) 5-57-45, (01865) 5-18-42), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Həmçinin vətəndaşların rahatlığı üçün Ədliyyə nazirinin qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Azvision.az



Teqlər: Ədliyyə-Nazirliyi   Sumqayıt  





Xəbər lenti