Hindistandan Azərbaycana 40 min turist gəlib

  01 İyul 2019    Oxunub : 1798
 Hindistandan Azərbaycana 40 min turist gəlib
2018-ci ildə Hindistandan Azərbaycana 40 min turist gəlib.
Azvision.az xəbər verir ki, bunu Hindistanın Bakıdakı səfiri Bavitlunq Vanlalvavna bildirib. Səfirin sözlərinə görə, Bakıdan Dehliyə birbaşa aviareyslərin açılması ölkələr arasında səfərlərin artmasına səbəb olacaq.

Diplomat, həmçinin qeyd edib ki, Hindistanın Azərbaycanla bir çox sahələrdə əməkdaşlığı mövcuddur və ölkəsi əlaqələrin inkişafında maraqlıdır.

Azvision.az

Teqlər: Hindistan   Turist   Səfir