Yeni Daşkənd adlı şəhər salınacaq

  01 İyul 2019    Oxunub : 709
Yeni Daşkənd adlı şəhər salınacaq
Özbəkistanın paytaxtı Daşkənd şəhərinin şərqində, Çirçik çayının sahilində Yeni Daşkənd adlanan şəhər salınacaq.
Azvision.az xəbər verir ki, yeni şəhərin baş planını İngiltərənin Benoy Memarlıq Şirkəti hazırlayıb.

Paytaxt Daşkəndin ərazisi 33 min hektardır, layihəyə görə şəhərə 18 min hektar birləşdiriləcək. Yeni Daşkənddə inzibati rayon, işgüzar mərkəzlər, müasir üslubda yaşayış binaları, ticarət pavilyonları, yaşıllıq zonaları, parklar olacaq. 2 milyon nəfərin yaşayacağı yeni şəhərin hava limanı da olacaq.

Azvision.az

Teqlər: Daşkənd   Şəhər