Rusiyada daşqınlar nəticəsində ölü sayı 14-ə çatıb

 Rusiyada daşqınlar nəticəsində ölü sayı 14-ə çatıb
  02 İyul 2019    Oxunub:2314
Rusiyanın İrkutsk vilayətində daşqınlar nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, təbii fəlakət zamanı 13 nəfərin itkin düşdüyü bildirilir. Ölü sayının artacağı istisna olunmur.

Qeyd edək ki, daşqınlar 750-dən çox insana ziyan vurub. 6,7 mindən çox yaşayış binasını su basıb. 153 nəfər isə xəstəxanaya yerləşdirilib.

Azvision.az



Teqlər: Rusiya   İrkutsk   Daşqın  





Xəbər lenti