Türkiyədə 6 ayda 649 terrorçu məhv edilib

Türkiyədə 6 ayda 649 terrorçu məhv edilib
  02 İyul 2019    Oxunub:1381
Türkiyədə bu ilin 6 ayı ərzində həyata keçirilən əməliyyatlarda 649 terrorçu zərərsizləşdirilib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirinin müavini İsmayıl Çataklı məlumat verib. O, bildirib ki, iyun ayındakı əməliyyatlarda 166 terrorçu zərərsizləşdirilib.

Nazir müavini, həmçinin qeyd edib ki, terrorçularla əlaqədə olan və onlara yardım edən 381 nəfər isə həbs olunub.

Kənan Məmmədov
Azvision.az


Teqlər: PKK   Terror  





Xəbər lenti