Sarkisyan 65 yaşını hamıdan gizli qeyd etdi

  02 İyul 2019    Oxunub : 670
Sarkisyan 65 yaşını hamıdan gizli qeyd etdi
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın 65 yaşı tamam olub.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, eks-prezident doğum gününü hamıdan gizli şəkildə öz ailə üzvləri ilə birlikdə qeyd edib. Mərasimdə onun keçmiş komandasının üzvləri iştirak etməyiblər.

Erməni mətbuatının yazdığına görə, Sarkisyan istefa verdikdən sonra siyasi meydandan kənara çəkilib, gündəmə gəlmək istəmir, hətta vaxtilə onun himayəsində olan keçmiş iqtidar nümayəndələri ilə də təmasdan qaçır.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Serj-Sarkisyan