Ermənistanda müxalifətçilərə qan udduran “killer”
Azvision.az xəbər verir ki, erməni KİV-ləri məlumat yayıblar. Bildirilib ki, Aqvan Ovsepyan Ermənistanda cinayətkar oliqarx sistemin simvollarından biri olub, həmçinin müxalifətçilərə qarşı cəza kampaniyasının əsas "memarı" və çoxsaylı qanlı cinayətlərin müəllifdir.
Qeyd olunub ki, bu məntiqlə martın 1-də baş vermiş cinayət hadisələrinin açılması mümkün deyil: “Hələki iş qəsdən başqa istiqamətə yönəldilirsə, Serj Sarkisyanın və Aqvan Ovsepyanın tapşırığı ilə cinayətlər törətmiş Vaaqn Arutyunyan həbs edilməyibsə, cinayətin açılması mümkün deyil”.
Xatırladaq ki, Ovsepyan 2008-ci ildə Ermənistanda prezident seçkiləri zamanı müxalifətin saxtakarlıq əleyhinə keçirdiyi etiraz aksiyalarını güc yolu ilə dağıtmaqda günahlandılır.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Ermənistan Həbs