Beynəlxalq jurnal azərbaycanlı gəncin məqaləsini dərc edib

Beynəlxalq jurnal azərbaycanlı gəncin məqaləsini dərc edib
  02 İyul 2019    Oxunub:2306
“International Journal of Law, Crime and Justice” jurnalında Azərbaycan Elm Assosiasiyasının həmsədri, gənc tədqiqatçı İnqilab Şahbazovun məqaləsi dərc olunub.
Kriminologiya mövzusunda olan məqalə ''Exploring the attitudes of university students and criminal justice professionals towards electronic monitoring in Azerbaijan: a focus group study'' adlanır.

Araşdırmada bir sıra əhali qrupları üzrə respondentlərin alternativ cəza tədbirləri (“elektron bilərzik”) haqqındakı rəyləri öyrənilib. Məlum olub ki, universitet tələbələri və hüquq-mühafizə orqanlarında çalışan 35 nəfərin əksəriyyəti elektron bilərziyin istifadəsini reabilitasiya imkanlarına görə dəstəkləsə də, onun potensial cinayətkarlarda qorxu yaratmaq gücünün zəif olduğu qənaətindədirlər.

Məqalə ilə buradan tanış ola bilərsiniz. Qeyd edək ki, yalnız jurnala üzvlüyü olanlar məqalənin tam oxuya bilərlər.




Teqlər:





Xəbər lenti