Maksimum bal yığan qız: “Mühəndis olmaq istəyirəm” - FOTO
Azvision.az xəbər verir ki, qəbul imtahanında maksimum bal toplayan abituriyentlərdən biri Bakı şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu Elza Qurbanovadır.
Qəbul və buraxılış imtahanları ilə birgə 688,6 bal yığan E. Qurbanova təəssüratlarını Azvision.az -la bölüşüb. O, gələcəkdə mühəndis olmaq istədiyini deyib.
“Ümumi balım 688,6-dır. Belə nəticəni gözləyirdim. Çünki mənim, müəllimlərimin və valideynlərimin əziyyəti çox idi. Müəllimlərimə minnətdaram. Birinci qrup olduğuna görə mühəndisliyi seçmək istərdim. Qız olmağıma baxmayaraq, mühəndislik mənim üçün yaxşı peşədir. Bakı Ali Neft Məktəbi yaxşı təhsil müəssisəsidir, hətta mənim xəyallarımdır”,- deyə E.Qurbanova qeyd edib.
Şahanə Rəhimli
Azvision.az