Tələbələrin köçürülməsi ilə bağlı qeydiyyat başlayıb

Tələbələrin köçürülməsi ilə bağlı qeydiyyat başlayıb
  02 İyul 2019    Oxunub:2089
Səhiyyə Nazirliyi ölkə daxilində və xaricində ali və orta tibb təhsili müəssisələrində təhsil alan tələbələrə müraciət edib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, xarici ölkələrdə və Azərbaycan Respublikasında ali və orta ixtisas tibb təhsili müəssisələrində təhsil alan tələbələrin ixtisasları üzrə Azərbaycan Respublikasında digər təhsil müəssisəsinə köçürülməsi, bərpa olunması məsələləri ilə bağlı müraciətlər, 12.07.2019-cu il tarixinə kimi Səhiyyə Nazirliyinin Kadrlar, elm və təhsil şöbəsinə təqdim olunmalıdır.

Azvision.az



Teqlər: Tələbə   Köçürülmə  





Xəbər lenti