Qəbulda rekorda imza atdı, amma 694 bal topladı

   Qəbulda rekorda imza atdı, amma 694 bal topladı
  03 İyul 2019    Oxunub:8121
"İmtahanda yaxşı nəticə göstərəcəyimə əmin idim"

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 23-də keçirilmiş qəbul imtahanında maksimum - 400 bal toplayan 9 abituriyentdən biri Bərdə rayonu 5 saylı tam orta məktəbin məzunu Təhmin Muradovdur.
Qəbul imtahanında bütün suallara düzgün cavab tapan Təhmin təəssüratlarını Azvision.az -la bölüşüb. O, bu nəticəyə görə sevindiyini deyib.

"Maksimim bal toplayacağıma görə sevincliyəm. Yaxşı nəticə göstərəcəyimə əmin idim. Amma etiraf edim ki, tam olaraq 400 bal gözləmirdim. İlk imtahanda ümumi balım 685,5 idi. İkinci imtahanda nəticəm 694,6 bal oldu".

T.Muradov sənədlərini Tibb Universitetinin Müalicə işi fakültəsinə verəcəyini deyib.

Aytən Zəhra
Azvision.az



Teqlər: İmtahan  





Xəbər lenti