Attestatların verilməsinə başlanıldı

Attestatların verilməsinə başlanıldı
  03 İyul 2019    Oxunub:2172
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərdə IX və XI sinfi bitirən məzunlara attestatların verilməsinə başlanılıb.
BŞTİ-dən Azvision.az -a verilən məlumata görə, 2017-ci ildən etibarən IX sinfi başa vuran məzunlara şəhadətnamə deyil, attestat təqdim olunur.

Attestatlarda təhsil müddətində hər bir fənn üzrə tədris olunan saatların ümumi miqdarı, illik və imtahan qiymətləri yazılır. Tam orta təhsil haqqında attestatda şagirdin bitirdiyi sinfin təmayül istiqaməti də qeyd olunur.

Qeyd edək ki, attestatlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” əsasında məzunlara təqdim olunur.

Azvision.az


Teqlər: BŞTİ   Attestat  





Xəbər lenti