İqtisad universitetində yanğın olub

İqtisad universitetində yanğın olub
  03 İyul 2019    Oxunub:2510
Azərbaycan Dövlət İqtisad Universitetinin əsas korpusunda yanğın olub.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Səbail rayonunda Azərbaycan Dövlət İqtisad Universitetinin yerləşdiyi üçmərtəbəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 127 m2 olan otaqda rəflər, sənədlər 15 m2 sahədə, 1 ədəd kondisioner və 4 ədəd kompüter yanıb.

Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az




Teqlər: Universitet   Yanğın   FHN  





Xəbər lenti