Vilnüs sammitində Ukrayna intriqası davam edir

Vilnüs sammitində Ukrayna intriqası davam edir
  29 Noyabr 2013    Oxunub:1290
Ötən həftə Avropa Birliyi ilə assosiativ saziş imzalanması üzrə hazırlıq işlərinin dayandırılmasına baxmayaraq, Vilnüs Sammitində Ukrayna nümayəndə heyəti Avroaya inteqrasiya yolundan dönməyəcəyini bəyan edib.
Vilnüsdə davam edən “Şərqq tərəfdaşlığı Sammitinin” inkinci günündə də gündəmdə olan əsas məsələ Ukrayna ilə Avropa Birliyi (AB) arasında imzalanması gözlənilən Assosasiya Sazişi ilə bağlıdır.

Ötən həftə Avropa Birliyi ilə assosiativ saziş imzalanması üzrə hazırlıq işlərinin dayandırılmasına baxmayaraq, Vilnüs Sammitində Ukrayna nümayəndə heyəti, eləcə də baş nazirin müavini Serqey Arbuzov Avroaya inteqrasiya yolundan dönməyəcəyini bəyan edib və bildirib ki, bu məsələ ilə bağlı müzakirələr davam etdiriləcək. Qeyd edək ki, Ukrayna nazirlər kabineti imzalanma prosesini müvəqqəti olaraq dayandırmasının səbəblərini, Rusiya və MDB ölkələri ilə ticarət dövriyyəsinin azalmaq ehtimalı ilə əlaqələndirib.

Öz növbəsində AB nümayəndələri Ukraynanın sözügedən sənədi imazalayacağına ümid etdiklərini bildiriblər:” Ukrayna nə vaxt arzu etsə, o vaxt da sazişi imzalamağa hazırıq”.

AzVision.az “Ukrainskaya Pravda” qəzetinə istinadən xəbər verir ki, bu gün, sammitin ikinci günündə Kiyevlə AB arasında ikitərəfli deklarasiya qəbul oluna bilər. Deklarasiyada tərəflər arasında assosiativ sazişin 2014-cü ilin fevral- mart aylarında keçiriləcək AB-Ukrayna Sammiti çərçivəsində imzalanması nəzərdə tutulub.

Sammitin bugünkü toplantısında gündəliyində, AB ilə Gürcüstan arasında ikincinin Ab-dəki böhranlı vəziyyətlərin idarə edilməsində iştirakı, eləcə də AB və Atom Enerjisi üzrə Avropa Tərəfdaşlığı ilə Gürcüstan və Moldova arasında müqavilələrin imzalanması dayanır. Qeyd edək ki, sammit çərçivəsində AB ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi barədə razılaşma imzalanıb.

Səbinə Həsənova



Teqlər:





Xəbər lenti