Rus bölməsində ilk dəfə maksimum bal yığan qız

   Rus bölməsində ilk dəfə maksimum bal yığan qız
  03 İyul 2019    Oxunub:13988
"Düzdür, bəzi suallarda tərəddüd etdim"

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları üzrə iyunun 23-də keçirilmiş qəbul imtahanında maksimum 400 bal toplayan abituriyentlərdən biri Bakı şəhər 61 saylı tam orta məktəbin məzunu Samirə Mahmudovadır.
I ixtisas qrupu üzrə imtahan verən S.Mahmudova rus bölməsi abituriyentləri arasında maksimum nəticə göstərən ilk məzundur. O, Azvision.az -a bildirib ki, rus bölməsinin abituriyentləri Azərbaycan bölməsinin məzunları ilə müqayisədə zəif nəticə göstərir.

“Rus bölməsinin abituriyentləri yaxşı bal yığırlar, amma Azərbaycan bölməsinin abituriyentləri kimi maksimum nəticə göstərmirlər. Birinci imtahanda 283,41 bal toplamışdım. Bu dəfə 400 bal yığmaq elə də çətin olmadı. Düzdür, bəzi suallar vardı ki, onlarda tərəddüd etdim. Maksimum bal toplamaq üçün onlara da diqqət etmək lazımdır”.

S.Mahmudova təhsil alacağı ali məktəbi hələ dəqiq seçmədiyini deyib. O, sənədlərini ya Bakı Ali Neft Məktəbinə, ya da UFAZ-a vermək istəyir.

Qeyd edək ki, S.Mahmudovanın buraxılış və qəbul imtahanlarında topladığı ümumi bal 663.1-dir.

Aytən Zəhra
Azvision.az


Teqlər: İmtahan   Məzun  





Xəbər lenti