Ukraynanın XİN rəhbəri Zelenskidən narazıdır

Ukraynanın XİN rəhbəri Zelenskidən narazıdır
  03 İyul 2019    Oxunub:1926
Ukraynanın xarici işlər naziri Pavel Klimkin hesab edir ki, prezident Vladimir Zelenskinin xarici siyasi baxışı mövcud deyil.
Azvision.az xəbər verir ki, bu barədə Klimkin Liga.net saytına müsahibəsində deyib.

“Xarici siyasətdə bizə yaxşı baxış və strukturlaşmış proses lazımdır. Bu gün heç bir qayda yoxdur. Heç xarici siyasət də ümumilikdə mövcud deyil. Ola bilsin ki, sonradan oldu. Ola bilsin, kimsə mane olur. Mən mane oluram? Yaxşı, sabahdan mən siyasi məzuniyyətdə olacağam. Problem yoxdur”, - deyə XİN rəhbəri bildirib.

Qeyd edək ki, son vaxtlar xarici işlər naziri ilə Zelenksi arasında münasibətlər kəskin pisləşib, tərəflər imkan düşdükcə bir-birini günahlandırır. Zelenski Klimkini həbs edilmiş Ukrayna dənizçiləri ilə bağlı Rusiyanın notasına prezidentin icazəsi olmadan cavab verməkdə günahlandırır. Hesab edir ki, XİN-in fəaliyyətindən beynəlxalq arenada yalnız internetdən xəbər tutub. Klimkin isə öz növbəsində cavab verib ki, nota prezidentlə razılaşdırılmalı deyil və dövlət başçısı ona müraciət etməyib.

Şahanə Rəhimli
Azvision.az




Teqlər: XİN   Ukrayna  





Xəbər lenti