Axtarışda olan iki qadın terrorçu saxlanılıb

Axtarışda olan iki qadın terrorçu saxlanılıb
  04 İyul 2019    Oxunub:1440
Suriyadan Türkiyəyə qanunsuz yolla keçməyə çalışan iki qadın 9 uşaqla birlikdə Şanlıurfa vilayətinin Akçakale rayonu ərazisində saxlanılıb.
Türkiyə KİV-lərinin yaydığı məlumata görə, araşdırma zamanı saxlanılan qadınların İnterpol tərəfindən beynəlxalq axtarışda olduqları müəyyən edilib.

Məlum olub ki, onlar İŞİD terror qruplaşmasının üzvləridir. Bildirilib ki, ərləri Suriyada öldürülən rusiyalı qadınlar Türkiyə ərazisindən Rusiyaya getmək istəyiblər.

Azvision.az



Teqlər: Türkiyə   Suriya   Rusiya   İŞİD  





Xəbər lenti