“Lazım olsa Ruhani, Xomeyni ilə də görüşərəm”

  04 İyul 2019    Oxunub : 1402
“Lazım olsa Ruhani, Xomeyni ilə də görüşərəm”
Ankara Tokio ilə birlikdə ABŞ və İran arasındakı münaqişənin həllində vasitəçilik etməyə hazırdır.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Yaponiyanın Baş naziri Sindzo Abe ilə görüşmüz zamanı məndən “bu vəziyyətlə bağlı biz birgə fəaliyyət göstərə bilərikmi" deyə soruşdu. Mən də “Niyə də olmasın” cavabını verdim. Bildirdim ki, hər ikisi ilə, lazım olsa Ruhani ilə, Xomeyni ilə də görüşə bilərəm. Bərabər desəniz, bərabər də ola bilər. Bu mövzuda bir sıxıntımız yoxdur.

Baş nazirə əsas sualların “haradan başlayacağıq, hara gedəcəyik və harada bitirəcəyik” olduğunu dedim. Bir məsəl var, “oturdular, danışdılar, dağılışdılar” ,elə olacaqsa, danışqlar aparmağın heç mənası yoxdur, vaxt itkisidir”.

Ərdoğan əsas diqqəti nəticə əldə etməyə verməyin vacib olduğunu deyib: “Cənab baş nazirdən soruşdum ki, sən hər iki tərəflə görüşdün, hansı nəticəyə gəldin? Onun çox da müsbət fikirdə olmadığını gördüm. Buna görə də razılığa gəldik ki, növbəti sualların cavabını öncə biz planlayaq, daha sonra hansı addımları atacağımız barədə danışaq” .

Qeyd edək ki, ABŞİran arasında vəziyyət son zamanlar daha da gərginləşib. ABŞ-ın İrana qarşı təzyiqləri davam edir.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Ərdoğan   Türkiyə   İran   Ruhani