Kaliforniyada fövqəladə rejim tətbiq edildi

  05 İyul 2019    Oxunub : 718
Kaliforniyada fövqəladə rejim tətbiq edildi
ABŞ-ın Kaliforniya ştatının Kern dairəsində zəlzələ ilə əlaqədar fövqəladə rejim tətbiq edilib.
Azvision.az xəbər verir ki, bu barədə ştatın qubernatoru Qevin Nyusom məlumat yayıb. Bildirilib ki, zəlzələ nəticəsində bir neçə nəfər xəsarət alıb. Ölənlər barədə hər hansı məlumat yoxdur.

Qeyd edək ki, ötən gün Los-Ancelesdən 195 kilometr şimalda yerləşən Rickrest şəhərinin yaxınlığında 6,4 bal gücündə zəlzələ baş verib. Zəlzələnin ocağı 9 kilometr dərinlikdə olub. Zəlzələdən sonra şəhərdə yanğınlar baş verib.

Azvision.az

Teqlər: ABŞ   Kaliforniya   Zəlzələ