Prezidentə qarşı “Kurtlar Vadisi” əməliyyatı

Prezidentə qarşı “Kurtlar Vadisi” əməliyyatı
  29 Noyabr 2013    Oxunub:1338
Türkiyə prezidenti Abdullah Gülə qarşı təşkil olunan sui-qəsdin təfərrüatları ortaya çıxıb.
AzVision.az Türkiyənin Sabah qəzetinə istinadən xəbər verir ki, belə ki, səhər saatlarında Çankaya köşkünə gələn naməlum şəxs çantasındakı əşyaların şifrəli olduğunu, həmin şifrəni də ancaq Türkiyə Prezidenti Abdullah Gül tərəfindən sınıdırıla biləcəyini deyib.

Çantasından sənədsiz tapança və güllə, narkotik maddə çıxan həmin şəxs prezidentə qarşı silahlı hücum təşkil edilməsi maddəsi ilə tutulub.

Həmin şəxs polisə verdiyi ifadəsində işsiz olduğunu, məşhur serial “Ezel”dəki Ramiz dayıdan təsirlənərək bu addımı atdığını etiraf edib.

Dindirilən naməlum şəxsin dediklərinə görə, o, "Kurtlar vadisi" serialındakı səhnəni təkrar etmək istəyib. O, deyib ki, başlıca məqsədi prezidentlə görüşüb tərəzini onun qarşısına qoyub, bir tərəfində tapança qoyub, digər tərəfində isə Abdullah Güldən pul, güc və qüvvət qoymasını tələb edəcəkmiş.

Mirvari Nəcəf




Teqlər:  





Xəbər lenti